Xəbər lenti

Sumqayıtda işıqforu hasara aldılar - FOTO
Ölkə 13:23 12.01.2014

Sumqayıtda işıqforu hasara aldılar - FOTO

Niyə yol hərəkət nişanları haqda qanun kobud şəkildə pozulur, sürücülərin hüquqları nəzərə alınmır? 

Sumqayıtda qeyri-adi hadisə baş verib. Belə ki, şəhərin 18-ci mikrorayonunda, M.Əsədov küçəsində, yolun kənarında tikinti gedən ərazini hasara alarkən işıqforu da “diqqətdən kənar” qoymayıblar. Obyekti tikənlər işıqforu da hasarın içinə daxil ediblər.

Bir çox sumqayıtlının yaxşı yadındadır ki, həmin ərazidə uzun illər idi ki, yarımçıq qalan bir tikinti vardı və o, sözügedən yerin ümumi görünüşünü pozur, sakinlərdə narahatlıq yaradırdı. Deyilənə görə, orada şadlıq evi tikilməliydi. Ərazi Füzuli adlı bir iş adamına məxsus idi, o da avtomobil qəzasında dünyasını dəyişmişdi.

Bu yaxınlarda sözügedən yarımçıq tikili tamamilə sökülüb və hazırda orada yeni tikintiyə start verilib. Güman ki, artıq işləri başqa şəxs davam etdirir. Məgər elə etmək olmazdımı ki, bu nişan hasarın xaricində qalsın?! Maraqlıdır, görəsən, obyekt sahibi tikinti işləri daha rahat getsin, hasar daxilində geniş məkanları, manevr imkanları daha böyük olsun deyə daha artıq yeri hasarlayıb,  yoxsa təsadüfən belə alınıb?

Bəs aidiyyəti qurumlar hara baxır?! Niyə yol hərəkət nişanları haqda qanun kobud şəkildə pozulur, sürücülərin hüquqları nəzərə alınmır?! Axı şəhərimizə ilk dəfə, yaxud az-az gələn sürücülər bu yol nişanını sadəcə görməyə də bilərlər. Onlar cərimələnəndə, taqsırkar kim olacaq?

Xeberle.com

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->