Dünən axşam saatlarında Sumqayıtda baş verən dəhşətli avtobus qəzasının görüntüləri yayılıb.
Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, görüntülərdə avtobusun "Toyota Prado” markalı avtomobillə toqquşduqdan sonra binaya çırpılması əks olunub.
Xatırladaq ki, hadisə zamanı 42 nəfər xəsarət alıb. Onlardan 12-si tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Qəzaya uğrayan 30 saylı avtobus Sumqayıt - H.Z.Tağıyev qəsəbəsi marşrutu üzrə hərəkət edirmiş.
Şərhlər