Ermənistanın siyasi rəhbərliyi Suriya ermənilərini humanitar yardım bəhanəsi ilə Azərbaycanın işğal altındakı torpaqlarına planlı şəkildə köçürməkdə davam edir.
Ötən gün daha bir ailə Suriyadan işğal altındakı Laçın rayonunun mərkəzinə köçürülüb.
Belə ki, əslən Suriyanın Əl-Kamışlı şəhərindən olan Sezar Tatleyan həyat yoldaşı və övladı ilə birlikdə "Tufenkyan” fondunun onlar üçün tikdiyi evə köçüb.
"Tufenkyan” fondunun icraçı direktoru Raffi Dudaklyan bu il Ermənistandan Qarabağa köçmək istəyən daha 6 ailəni evlə təmin etmək üçün addımlar atıldığını bildirib.
Xatırladaq ki, Suriyada vətəndaş müharibəsi başlandıqdan sonra rəsmi Yerevan bu ölkədən qaçqın düşən 200-dən artıq ailəni Qarabağ torplaqlarında yerləşdirib.(azxeber.com)
Şərhlər