Dünya 09:38 28.02.2020

Suriya hücumundan sonra Türkiyə NATO-ya müraciət edə bilər - 5-ci maddə

Suriya təyyarələrinin İdlibdə vurduğu zərbə nəticəsində türk əsgərlərinin həlak olmasından sonra Ankaranın NATO-dan hərbi yardım istəməyə haqqı var.

Qaynarinfo xəbər verir ki, bu haqda "The Financial Times" ın yazıb.

Müraciət qəbul ediləcəyi təqdirdə, NATO müttəfiqlərinin Şimali Atlantika Müqaviləsinə üzv ölkələrdən birinə hücumu bütövlükdə üzv ölkələrə hücum hesab edən 5-ci maddəsinə əsasən məsələni rəsmi olaraq müzakirə etməli olduğu aydınlaşır. 

Xatıladaq ki, İdlibdə Bəşər Əsədə sadiq olan Suriya qoşunları Türkiyə Silahlı Qüvvələrinə hücumu edib. Hava hücumu nəticəsində 33 türk əsgəri şəhid olub, 36 əsgər yaralanıb.

Alpər