Dünya 12:25 06.02.2013

Suriya müxalifəti ABŞ-da təşkilatlanır

ABŞ-ın "Huffington Post" qəzeti Suriya İnqilab və Müxalifət Qüvvələri Milli Komitəsinin Nyu-York və Vaşinqtonda nümayəndəlik açmaq istədiyini bildirib.

BMT-nin diplomatik mənbələrinə istinadən yayılan məlumata görə, Amerikadakı hər iki nümayəndəliyinə rəhbərliyi Arkanzas Universitetinin Yaxın Şərq Ölkələri Araşdırmaları Mərkəzinin Suriya əsilli professoru Nəcib Qadbianın rəhbərlik edəcəyi gözlənilir.

Müxalifətin fikrincə, Nyu York və Vaşinqtonda nümayəndəlik açılması Suriya müxalifətinin BMT ilə dialoqunun inkişaf etməsinə və bundan başqa Suriya İnqilab və Müxalifət Qüvvələri Milli Komitəsinin beynəlxalq arenada nüfuzunun artmasına gətirib çıxaracaq.

Qaynar.info