Dünya 10:51 03.06.2013

Suriya: "Türkiyə təhlükəlidi, getməyin!"

Suriya Xarici İşlər Nazirliyindəki rəsmilərindən biri ölkə vətəndaşlarını Türkiyəyə getməmələri məsələsində xəbərdarlıq edib. 

Qaynar.info-nun məlumatına görə, Suriya XİN tərəfindən verilən açıqlamada, "Nazirliyimiz Suriya vətəndaşlarını təhlükəsizliyi üçün belə bir vaxtda Türkiyəyə səyahət etmək məsələsində xəbərdarlıq edir. Türkiyənin əksər şəhərlərində vəziyyət pisləşib və Ərdoğan hökuməti dinc aksiyaçılara qarşı təzyiq göstərir" deyilib. 

Dünən də Suriya informasiya naziri Umran əl Zubi verdiyi açıqlamasında Gezi Parkındakı hadisələri qınayaraq, Ərdoğanı istefaya səsləmişdi. 

Qaynar.info