Dünya 21:59 17.03.2018

Suriya vətəndaş müharibəsində ölüm sayı 50% artıb

"Save The Children" qeyri-hökümət təşkilatı Suriyada 7 ildir davam edən vətəndaş müharibəsində ölən insanlarla bağlı hesabat yayımlayıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, təşkilat 2017-ci ilin 2-ci yarısında ölən mülki vətəndaşların sayında 50% artım baş verdiyini qeyd edərək dünya ictimaiyyətini bu hadisələrə laqeyd yanaşmamağa çağırıb. Suriyada hər gün təxminən 37 nəfər ölür, 2 gündən bir xəstəxanalar bombalanır. İnsanlar müalicə edilə bilən xəstəliklərdən, yaralardan, aclıqdan dünyasını dəyişir. Hər saatda 250 uşaq yaşadığı yeri tərk etmək məcburiyyətində qalır. 2018-ci ilin ilk iki ayında hava hücumu nəticəsində 60 məktəb dağılıb. Aclıqdan əziyyətdən çəkən uşaqların sayı rekord səviyyədədir. Bəzi yerlərdə həkimlər tibbi vasitələri, iynələri təkrar işlətmək məcburiyyətində qalır. 

İdlib və Şərqi Qutada vəziyyət xüsusilə gərgindir. Müxaliflərin nəzarətində olan Şərqi Qutaya Rusiya və prezident Bəşər Əsəd qüvvələri tərəfindən təşkil edilən hava hücumunda bu günə qədər çox sayda insan dünyasını dəyişib.

Gülşən