Dünya 16:01 17.09.2019

Suriyada hava hücumu: 10 İran əsgəri öldürüldü

Suriyanın şərqində həyata keçirilən hava hücumunda 10 İran əsgəri öldürülüb.

Qaynarinfo məlumat verir ki, bu haqda İngiltərədə yerləşən Suriya İnsan Haqları Müşahidə Bürosu (SOHR) məlumat yayıb.

SOHR hücumun İraq sərhədinə yaxın Əl-Bukamal (Əbu Kamal) bölgəsində həyata keçirildiyini açıqlayıb. Büro hücumun kim tərəfindən edilməsi haqqında məlumat verməyib.

Xatırladaq ki, ötən günlərdə də eyni bölgədə İran əsgərləri hədəfə alınmış, hücumu İsrailin F-35-lərlə etdiyi bildirilmişdi.

Alpər