Xəbər lenti

Suriyadan dəhşətli ittihamlar
Dünya 20:40 28.08.2013

Suriyadan dəhşətli ittihamlar


ABŞ, İngiltərə və Fransa terrorçulara kimyəvi silahdan istifadə etmək üçün kömək edir

Suriya xarici işlər naziri müavini Feysal Makdad, ABŞ, İngiltərə və Fransaya qarşı sərt və dəhşətli ittihamlar səsləndirib.

ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, nazir, bu ölkələrin "terrorçu"lara kimyəvi silahdan istifadə etmək üçün kömək etdiklərini bildirib.

Suriya mətbuatına müsahibə verən Makdad, silahlı qrupların sarin qazından istifadə etməsi ilə bağlı dəlilləri Suriyada araşdırma aparan BMT nümayəndələrinə təqdim etdiklərini bildirib: "Suriyada kimyəvi silahdan istifadə edənlərin ABŞ, İngiltərə və Fransadan kömək alan terrorçu qruplar olduğunu bir daha bəyan edirəm. Bu yardımlar təcili surətdə dayandırılmalıdır".


Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->