Suriyada Rusiya bayrağıyla hərəkət edən hərbi karvan Fərat çayı üzərində yerləşən bənddə qurulmuş bazaya daxil olub.
Qaynarinfo Anadolu Agentliyinə istinadən xəbər verir ki, bir rus komandir terror təşkilatı YPG/PKK üzvü olan Şervan Dərviş ilə yanaşı dayanaraq söhbət etdikdən sonra bazanın təhvil-təslimi baş tutub. Bu vaxt, həmin rus komandir və terrorçu Rusiya bayrağı və təşkilatın bayrağını bir-biriylə dəyişdiriblər.
Xatıladaq ki, ötən həftə Rusiya Fəratın şərqində Ayn əl-Ərəbdə (Kobani) ABŞ-ın boşaltdığı Sirrin və Sebit bazalarına yerləşib.
Fərat çayının qərb tərəfindəki Tişrin anbarı 27 dekabr 2015-ci ildə ABŞ-ın dəstəyi ilə YPG/PKK tərəfindən ələ keçirilmiş, terror təşkilatının Fəratın qərbində işgal etdiyi ilk məntəqə olmuşdu. ABŞ 2016-cı ilin yanvarında anbarda baza qurmuşdu.
Bu arada, Suriyanın şimal-şərqində rejim nəzarətində olan Qamışlı hava limanının yaxınlığında Rusiyanın istifadə etdiyi bir binanın ətrafını genişləndirdiyi məlum olub.
Bir gün əvvəl 20-yə yaxın rus hərbi müşaviri onlarla əsgər və zirehli texnika ilə birgə bölgəyə köçürülüb.
Alpər
Şərhlər