Badamdar - 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə zonasında gərginlik mövcuddur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, sürüşmə zonasında saat 18:00-a olan məlumata əsasən gərginlik davam edir.
Sürüşmə kütləsi üzərində qismən dəyişiklik baş verib. Sürüşmə kütləsi üzərində asılı vəziyyət də olan torpaq kütlələrində xırda uçqunlar baş verir.
Qeyd edək ki, Badamdar - 20-ci sahə yolu kənarında baş verən sürüşmə prosesinin gedişatına nəzarətin gücləndirilməsi, mütəmadi müşahidələrin mərkəziləşdirilmiş qaydada təşkili məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən Qərargah yaradılıb.
***15.11
Badamdar 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə zonasında müşahidələr sutka ərzində davam etdirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən yaradılan Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, artıq fərdi tikililərin hasarlarında çatlar və oturmalar qeydə alınıb.
"Sürüşmə zonasında müşahidələr davam etdirilib. Saat 15:00 -a olan məlumata əsasən, sürüşmə ocağında aktivlik qalmaqdadır. Lakin sürüşmə kütləsində ciddi dəyişiklik baş verməyib. Hazırda sürüşmə kütləsini təşkil edən süxur qırıntılarının yola hərəkəti müşahidə olunur. Eyni zamanda srüşmənin üst hissəsindəki fərdi tikililərin hasarlarında sürüşməyə tərəf hissədə çatlar və oturmalar qeydə alınıb", - deyə məlumatda bildirilir.
***13.38
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Badamdar 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə sahəsində saat 12:00-a olan vəziyyət barədə məlumat açıqlayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, sürüşmə zonasında müşahidələr davam etdirilir. Saat 12:00-a olan məlumata görə sürüşmə kütləsi üzərində dəyişikliklər qeydə alınmayıb.
Şərhlər