Şuşa döyüşlərində iştirak edənlər bu medalla təltif ediləcək

Şuşa döyüşlərində iştirak edənlər bu medalla təltif ediləcək

Prezident İlham Əliyev "Şuşanın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnaməni təsdiqləyib.

Qaynarinfo xəbər verir ki, "Şuşanın azad olunmasına görə” medalı ilə Azərbaycan Respublikasının Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir.

"Şuşanın azad olunmasına görə” medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, "Qubadlının azad olunmasına görə” medalından sonra taxılır.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR