Siyasət 13:21 14.06.2021

“Şuşada imzalanacaq saziş bölgənin təhlükəsizliyini gücləndirəcək" - Ekspert

Şuşada iki qardaş ölkə arasında imzalanacaq saziş regionada Türk Birliyinin güclənməsinə təkan verəcək.

Bu sözləri Qaynarinfo-ya ictimai fəal, ekspert Hacı Ələsgərov bildirib.

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və Şuşada imzalanacaq saziş iki qardaş ölkənin bölgədə güclənməsinə səbəb olacaq. Bu həm də regionda yeni imkanların yaranacağına işarədir. Qardaş Türkiyə vətən müharibəsində Azərbaycanın yanında oldu. Sevindici hal odur ki, bu gün qardaş Türkiyə Qafqazdadır. Bölgədə baş verən prosesləri izləyir. Rahatlıqla demək olar ki, Türkiyə kənarda deyil və hadisələrin içərisindədir. Bu isə Azərbaycanın mövqeyini gücləndir” deyə ekspert qeyd edib.
 


H. Ələsgərov bildirib ki, bölgədə dağıdıcı qüvvələrin maraqları fiaskoya uğrayıb: 

"Şuşada imzalanacaq saziş bölgənin təhlükəsizliyini gücləndirəcək. Yeni iqtisadi imkanlar, nəqliyyat infrastrukturunun inkişafına dəstək olacaq. Ermənistan rəhbərliyi bunu düzgün dəyərləndirməlidir. Onlar yenə də öz ampulalarında yaşacaqlarsa, düşdükdləri rəzil dudumdan çıxa bilməyəcəklər”.

Aydın