Xəbər lenti

“Şuşaya azadlıq!” kampaniyasına start verildi
Siyasət 14:40 30.05.2014

“Şuşaya azadlıq!” kampaniyasına start verildi

Yeni Nəfəs Hərəkatının Rusiya nümayəndəliyi “Şuşaya azadlıq!” kampaniyasına başlaması barədə bəyanat verib.
Qaynar.info-ya verilən məlumata görə, bəyanatda deyilir: " Yeni Nəfəs Hərəkatının Rusiya nümayəndəliyi, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyevin təşəbbüsü ilə başlanan “Şuşaya azadlıq” kompaniyasına Rusiya Federasiyasında hər çür dəstək veriləcəyini və “Şuşaya Azadlıq!” kompaniyasına Rusiya Federasiyasında start verildiyini bəyan edir.
“Şuşaya azadlıq!” kompaniyası çərcivəsində Rusiya Federasiyasında Qarabağ problemi, Şuşa şəhərinin tarixi və işğalı haqqında rus dilində video çarxlar və kitabçalar hazırlanaraq Rusiya ictimaiyyətinə yayılacaq. Bundan başqa, Şuşanın işğalının ildönümü yüksək səviyyədə qeyd olunacaq, tanınmış şuşalılar haqqında məlumat veriləcək, Şuşanın Azərbaycan tarixində rolu, bugünkü vəziyyəti haqqında elmi və praktiki konfranslar təşkil olunacaq, tanınmış Rusiya ictimaiyyət nümayəndələrinin fikirləri öyrənilərək Azərbaycan və Rusiya mətbuatında, sosial şəbəkələrdə işıqlandırılacaq. Başqa xalqların nümayəndələri ilə birlikdə aksiyalar təşkil olunacaq. 
Hərəkat, Rusiyada “Şuşaya Azadlıq!” kompaniyasının həyata keçirilməsində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyi, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi, Ümumrusiya Azərbaycanlıları Konqresi, Rusiya Azərbaycanlıları Gənclər Təşkilatı, İnterAz teleradio şirkəti və bu ölkədə fəaliyyət göstərən bütün ictimai birliklərin mənəvi dəstəyinə arxalanır".
Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->