Xəbər lenti

Söz Rafiq Tağıydı (ŞEİR)
Sənət 11:28 19.11.2018

Söz Rafiq Tağıydı (ŞEİR)

Haqqarar

Mövhumat terrorunun qurbanı ədəbi cəsarət simvolu Rafiq Tağıya 

...
Kim bir insanı öldürsə, 
bütün insanlığı öldürür.
("Quran-i-Kərim”)

Söz bəxt deyil ki
Söz bəxtəbəxtdi

Söz Rafiq Tağıydı
öz uca vaxtı
Uca Söz gəpgəncdi qosqoca vaxtı

Havaxtdı
payızın noyabrı– qış
o qış noyabrın payızı– şaxta
noyabr sazağı
bıçaq tək
zəhər tək
kəsir adamı

bu hüzr damı
üzür adamı 

sanki "Yeddisi”di
yeddi il deyil

Hər payız daş gəlir pəncərədən– daş
bir "daşa dönmə” var hər "Bəri bax”da

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->