"Yalandır! Avropa İnsan Hüquqları Məhkəməsinin cari ilin 26 may tarixli "Makuçyan və Minasyan Azərbaycana və Macarıstana qarşı” qərarında Azərbaycanın heç bir təzminat ödəməsindən söhbət getmir!"
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili sosial şəbəkə hesabında yazıb. Bildirib ki, Yerevanın Ramil Səfərovla bağlı arzusu gözündə qalıb.
""Azerbaijan was to pay the applicants, jointly, 15,143.33 British pounds in respect of costs and expenses for the case” - yəni bu 15 min funt vəkillərin və məhkəmənin əməliyyat xərcidir. Ermənistan Ramil Səfərovun əfv fərmanının ləğv edilməsini və yenidən məhkəmə qurulmasını tələb edirdi, AMMA OLMADI... Ermənistan aydındır da, bu "bizimkilər” nə istəyir? Onlar nəyi və haranı işğal etmək istəyirlər?", - deyə millət vəkili yazıb.
Şərhlər