Sənət 18:04 28.11.2018

Tahir Salahova "Əmək" ordeni, Cəlal Qasımova “Əməkdar müəllim” fəxri adı verildi

Cəlal Əbil oğlu Qasımova "Əməkdar müəllim” fəxri adı verilib. 

Qaynarinfo xəbər verir ki, prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında Dövlət Təhlükəsizliyi Xidmətinin təhsil sahəsinin inkişafında xidmətlərinə görə mükafatlandırılıb.

Prezident başqa bir sərəncamla Tahir Salahovu 1-ci dərəcəli "Əmək” ordeni ilə təltif edib. O, Azərbaycan təsviri sənətinin inkişafında xüsusi xidmətlərinə görə təltif olunub.

Qeyd edək ki, sabah Tahir Salahovun 90 yaşı tamam olur. Bu münasibətlə preizdent İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva yubliyara təbrik məktubu ünvanlayıb.
 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!