Siyasət 15:12 23.07.2021

Tahir Tağızadə Londondan Budapeştə göndərildi (SƏRƏNCAM)

Tahir Tofiq oğlu Tağızadə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında, İrlandiya Respublikasında, İslandiya Respublikasında və Danimarka Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Qaynarinfo-nun məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Prezidentin digər bir sərəncamı ilə Tahir Tofiq oğlu Tağızadə Azərbaycan Respublikasının Macarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.