Ekonomiks 12:00 25.11.2021

Taleh Ziyadov müşavirini müdir təyin edib (FOTO)

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin Baş direktoru Taleh Ziyadov müşavirinə yeni vəzifə verib. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Taleh Ziyadovun müvafiq əmri ilə QSC-nin Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsinə Aynur Arazova təyin olunub. 

Qeyd edək ki, Aynur Arazova QSC-nin Aparatının rəhbəri və sonuncu Baş direktorun müşaviri olub. 

Xatırladaq ki, bundan əvvəl sözügedən şöbənin müdüri Zaur Həsənov olub. O, hazırda Şuşa şəhəri Dövlət Qoruğu İdarəsinin İctimaiyyətlə Əlaqələr və İnformasiya Texnologiyaları şöbəsinin rəhbəri vəzifəsində çalışır.

Əhməd