Xəbər lenti

Tanımadığınız ölkələr - FOTOLAR
Dünya 08:36 28.11.2014

Tanımadığınız ölkələr - FOTOLAR

Dünyada bir çox ölkə var ki, ölkəmizdə onları demək olar heç kim tanımır. Əksəriyyəti Sakit okeandakı adalarda yerləşən bu ölkələr ekzotik təbiəti ilə seçilir, əsasən təbii sərfətlər və turizim sayəsində yaşayır. Qaynar.info bu ölkələrdən bəziləri ilə bağlı məlumatları təqdim edir.

Vanuatu

Köhnə adı Yeni Hebrid olan Vanuatu Respublikası Sakit oekanın cənub-qərbindəki 83 adadan ibarətdir. 1606-cı ildə portuqaliyalı bir dənizçi tərəfindən kəşf edilmiş adalar ölkəsinə ilk olaraq fransız və avstraliyalı missionerlər yerləşib. 

Fransa və İngiltərə 1878-ci ildə Yeni Hebridi tərəfsiz bölgə elan edib. Ölkə 1906-cı ildən Fransa və İngiltərənin ortaq idarəçiliyi altına keçib və 1980-ci ildə müstəqilliyini elan edib. Vanuatuda 3 rəsmi dil var - bislama, inigilis və fransız.

Adalar ölkəsi Avstraliyadan 1750 km şərqdə, Yeni Kaledoniyanın 500 km şimal-şərqində, Ficinin qərbində və Solomon adalarının cənubunda yerləşir. Tropik iqlimə sahib adaların ümumi sahəsi 12,2 kvadrat km, okean sahilləri 2,528 km-dir. Adaların əksəriyyətində dağlar və vulkanik ovalıqlar yer alır. Ölkənin ən yüksək nöqətsi Tabvemasana zirvəsidir - 1877 m. Vanuatunun paytaxtı Port Vila şəhəridir. 

243 min əhalisi olan Vanuatu xalqının böyük əksəriyyəti melanezyalılardır. Ölkədə az sayda avropalı, çinli, vyetnamlı, polineziyalı və mikroneziyalı yaşayır.

Vanuatu əhalisi əsasən kənd təsərüfatı ilə məşğuldur. Ölkədə əsasən Hindistan cevizi, kakao və qəhvə yetişdirilir. Heyvandarlıqla məşğul olanlar əsasən inək saxlayır. 


Nauru

Sakit okeanda kiçik bir mərcan adasında qurulan Nauru Respublikasının şərqində Yeni Qvineya, cənubunda Ekvador və Marşall adaları yerləşir. Naurunun rəsmi paytaxtı və hər hansı bir şəhəri yoxdu. 

Ada əhalisi əkinçiliklə məşğul olur, tropik meyvələr, Hindistan cevizi və tərəvəz yetişdirir. Adanın cənub-qərbində kiçik bir göl var. Əhalinin demək olar ki, hamısı okean sahillərində və bu gölün ətrafında yaşayır. Ölkədəki bir neçə km-lik dəmiryolu isə mərkəzlə fosfat mədəni arasındakı nəqliyyat vasitəsidir.


Tuvalu

Tuvalu Sakit okeanda 9 mərcan adadan təşkil olunub Polineziya ölkəsidir. Avstraliya və Havay adaları arasında yerləşir. Tuvalu Kiribati, Samoa və Fici adaları ilə qonşudur. Tuvalunun ümumi sahəsi 26 km-dir.

Avropalıların 18-ci və 19-cu əsrin əvvəllərində kəşf etdiyi bu adalar 1916-cı ildən Gilbert Adalanla birlikdə Gilbert ve Ellice Adalan Koloniyası adı altında İngiltərənin müstəmləkəsi olub. Uzun illər ingilislər tərəfindən istismar olunan adalar 1976-cı ildə bölünüb və Ellice adalarının yeni adı Tuvalu olub. 1978-ci ildə müstəqilliyini elan edən Tuvalunun paytaxtı Funafuti adasındakı Fonqafale şəhəridir. 

İngilis Xalqlar Birliyinin üzvü olan ölkə monarxiya dövalətidir. Tuvalu Vatikan, Monako və Naurudan sonra dünyanın 4-cü ən kiçik ölkəsi hesab olunur. Vatikandan sonra isə ən az əhalisi olan ikinci müstəqil dövlətdir. Bundan başqa BMT-yə üzv ən az əhalisi olan ödkədir.

Qlobal istiləşmə səbəbindən dəniz səviyyəsinin yüksəlməsi paytaxtı dəniz səviyyəsindən cəmi 5 metr yüksəkdə olan Tuvalu üçün həyati təhlükə yaradır. Tempratur 1 dərəcə də artsa, Tuvalu su altında qalacaq. Artıq ölkə əhalisi indidən Avstraliya və Yeni Zellandiyaya köçməyə başlayıb.


Komor

Komor Afrikada Mozambik və Madaqasqarla okean qonşuluğu olan ada ölkəsidir. Komor adalarının dəqiq adı Kəmər adalarıdır. Osmanlı və ərəb arxivlərində bu ada Kəmər olaraq qeyd edilib. Ancaq fransızlar onu "Komor" (Comores) olaraq oxuyub və adanın adı rəsmi sənədlərə bu cür düşüb.


Quernsey

Quernsey Manş dənizində Böyük Britaniyaya bağlı Manş adalarından biridir. Britaniya kralının mülki hesab olunan dövlət daxili məsələlərdə müstəqildir. Ada ölkəsi Avropa Birliyinin üzvü deyil. Quernseyin rəsmi dövlət dilləri iniglis və frasızcadır.


Man adası

Man adası (Isle of Man) İrlandiya dənizində Britanya adalarının coğrafi mərkəzində yerləşən adadır. Britaniyaya daxil olan ölkə kral ailəsinin mülki hesab olunur.


Tokelau

Tokelau Sakit okeanda Yeni Zellandiyanın tabeçiliyində olan bir ada ölkəsidir. Əksər kiçik okean ölkəsi kimi mərcan adalarında yerləşir.


Kuk adaları

Kuk Sakit okeanın cənubunda 15 adadan ibarətdir. Yeni Zellandiyaya bağlı olan ölkənin paytaxtı Raratonqa adasındakı Avarua şəhəridir.


Pitkairn adaları

Sakit okeanda yerləşən Pitkairn adaları vulkanik mənşəlidir. Taitinin 2170 km cənub-qərbində yerləşən ada ölkəsi insan yaşamayan Oeno, Henderson və Duçi adaları ilə birlikdə Böyük Britaniyaya tabedir. Dəniz səviyyəsində təxminən 300 metr yüksəklikdə yerləşən Pitkairn tropik iqlim hökm sürür.


Sao Tomke və Prinkipe

Sao Tomke və Prinkipe Demokratik Respublikası Mərkəzi Afrikadakı Qvineya körfəzindəki bir ada ölkəsidir. Ölkə Sao Tome və Prinkipe adlı iki adadan təşkil olunub.


Mikroneziya Federal Dövlətləri

Mikroneziya Federal Dövlətləri 607 adadan ibarətdir. Bu adalar qrupuna Karoline adalarının da bir qismi daxildir. Dörd qurucu ada qrupu var: Yap, Çuuk, Pohnpei və Kosrae. Bu dörd dövlət Mikroneziya Federal Dövlətləri bayrağı üzərində bir ulduzla təmsil edilir.


Burundi

Burundi Respublikası Mərkəzi Afrikada, Böyük Göllər bölgəsində kiçik bir ölkədir. Tanzaniya, Ruanda, Konqo Demokratik Respublikası ilə qonşudur. Ölkə Tanqanika gölünün sahilində yerləşir. Əhalisinin 85 faizini hutular, qalanını tutsiler təşkil edir. Burundidə həmçinin az sayda piqme, avropalı və asiyalı yaşayır.


Kiribati 

Kiribati Respublikası Sakit okeanın mərkəz hissəsində yerləşən ada ölkəsidir. Paytaxtı Bairiki şəhəri olan ölkə ekvator ətrafında 3,5 milyon kvadrat km əraziyə sahibdir.


Qaynar.info
--> -->