Xəbər lenti

Tanınmış bakılı Rusiyada baş nazirin müavini təyin edildi
Dünya 15:59 12.01.2019

Tanınmış bakılı Rusiyada baş nazirin müavini təyin edildi

Bakılı Roman Simanduyev Rusiya prezidenti yanında Başkortostanın səlahiyyətli nümayəndəsi vəzifəsinin icraçısı - respublika baş nazirinin müavini təyin edilib.

Qaynarinfo AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə fərmanı regionun rəhbəri səlahiyyətlərini icra edən Radi Xabirov imzalayıb.

R.Simanduyev bu vəzifədə digər həmvətənimizi - Başkortostan rəhbərinin sənaye və yanacaq-energetika kompleksi məsələləri üzrə müşaviri təyin olunmuş Fərhad Səmədovu əvəz edib.

Roman Simanduyev 1964-cü ildə Bakıda doğulub. Moskva Toxuculuq İnstitutunu və Moskva Hüquq İnstitutunu bitirib. 2005-2017-ci illərdə RF prezidentinin daxili siyasət idarəsinin referenti olub.

Fərhad Səmədov 1959-cu ildə Gürcüstanın Qardabani rayonunda doğulub. V.V.Kuybışev adına Moskva Mühəndis-İnşaat İnstitutunu bitirib. Əmək fəaliyyətinə Azərbaycanda başlayıb. 2003-cü ildə Başkortostana köçüb, "Başneft” şirkətinin neft-kimya departamentinin direktoru, "Birləşmiş Neft Kimya şirkəti” səhmdar cəmiyyətinin prezidenti olub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->