Foto 15:30 25.01.2020

Tanınmış jurnalist İlkin Xəlilov seçicilərlə növbəti görüşü keçirdi (FOTOLAR)

54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputatlığa namizəd, tanınmış jurnalist İlkin Fikrət oğlu Xəlilov seçicilərlə növbəti görüşü keçirib. 

Qaynarinfo xəbər verir ki, namizədin böyüyüb boya-başa çatdığı Gəndob kəndində keçirilən görüşdə kənd ağsaqqalları, orta və gənc nəslin nümayəndələri iştirak edib. 

Görüşə qatılanlar öz həmkəndlilərinin millət vəkilliyinə namizədliyini irəli sürməsini ruh yüksəkliyi ilə qarşıladıqlarını bildirib, ona qarşıdakı seçkidə uğur arzulayıb. Namizəd İlkin Xəlilov kəndin və kəndlilərin problemlərindən danışıb, onların həlli üçün təkliflərini açıqlayıb. 

Sabah isə İlkin Xəlilovun Şabranın rayonunun mərkəzində, Mədəniyyət Sarayında seçicilərlə görüşü olacaq. Görüş saat 11-də başlayacaq.