Ölkə 20:10 19.09.2020

Tanınmış professor BDU-ya buraxılmadı: 65 yaş...

Bakı Dövlət Universitetinin "Beynəlxalq jurnalistika” kafedrasının professoru, filologiya elmləri doktoru Nəsir Əhmədli karantin rejimində yaş məhdudiyyəti səbəbindən universitetə buraxılmayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə o, sosial şəbəkədə yazıb:

"2 gün əvvəl kafedradakı kömpüterimdən onlayn dərs keçmək üçün BDU-ya getdim. Adətim üzrə salam verib keçmək istəyəndə mühafizəçi şəxsiyyət vəsiqəmi göstərməyi xahiş etdi. Göstərdim. Təəssüflə başını yelləyib dedi:

- Professor, bağışlayın, Sizi universitetin ərazisinə buraxa bilmərəm.

- Niyə ki?
- Yaşınız 65-dən çoxdur.

Çox təsirləndim. 55 ildən bəri tələbə kimi, laborant kimi, müəllim kimi, baş müəllim kimi, dosent kimi, professor kimi, demək olar, hər gün fəxrlə gedib-gəldiyim müqəddəs bir ünvana məni buraxmadılar. Hələ də özümə gələ bilmirəm”.