Sənət 11:24 20.03.2022

Tanınmış şair beynəlxalq festivalda iştirak edəcək

Tanınmış şair Fərid Hüseyn IX Beynəlxalq Babil Mədəniyyət və İncəsənət Festivalında iştirak edəcək.

Qaynarinfo xəbər verir ki, martın 20-də başlayacaq festivalda dünyanın bir çox ölkələrindən şairlər, yazıçılar, rəssamlar, kinoşünaslar, aktyorlar, teatrşünaslar, heykəltəraşlar, sənət tənqidçiləri, müğənnilər bu nüfuzlu tədbirdə iştirak edəcəklər.
 
"Bəşər mədəniyyətinin beşiyi olan Babildə mən də şeirlərimi oxuyacam, eyni zamanda ,"Min bir gecə" nağıllarındakı poetik nümunələrin xüsusiyyətləri" adlı müzakirə panelində iştirak edəcəm”, – deyə Fərid Hüseyn qeyd edib.