Xəbər lenti

40 min il sonra geri döndülər: Alyaskada buz dövrü canlıları dirçəlir
Dünya 22:09 29.04.2026

40 min il sonra geri döndülər: Alyaskada buz dövrü canlıları dirçəlir

Alyaskada mamontlar dövründən bəri dərin donmuş vəziyyətdə qalan qədim mikroblar ərimə prosesindən sonra yenidən "canlanmağa” başlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Galaxy” nəşri məlumat yayıb.

Alimlərdən ibarət qrup, Tristan Karo rəhbərliyi altında Alyaskanın mərkəzində yerləşən tuneldən daimi donuşluq nümunələri götürüb. Həmin tunelin divarlarında hələ də bizon qalıqları görünür. Tədqiqatçılar torpağı əridərək əvvəllər "ölü” hesab edilən materialın altı ay ərzində davranışını izləyiblər. Məlumata görə, ilk aylarda aktivlik minimal olsa da, daha sonra vəziyyət kəskin şəkildə dəyişib.

"Bunlar heç də ölü nümunələr deyil. Onlar hələ də üzvi maddələri parçalaya və onu karbon qazı şəklində buraxa bilən aktiv həyatı dəstəkləmək qabiliyyətinə malikdir”, deyə Karo bildirib.

Təcrübənin diqqətçəkən xüsusiyyəti tuneldə hiss olunan güclü qoxu olub.

"İçəri daxil olanda ilk hiss etdiyin şey çox xoşagəlməz qoxudur. Uzun müddət havalandırılmamış rütubətli zirzəmi kimi iy verir. Mikrobioloq üçün bu çox maraqlıdır, çünki qeyri-adi qoxular çox vaxt mikrob aktivliyinin göstəricisi olur”, deyə rəhbər əlavə edib.

Geologiya elmləri professoru Sebastian Kopf isə belə qədim həyatın "oyanmasının” iqlim üçün müəyyən risklər daşıdığını bildirib. Onun sözlərinə görə, çoxlu karbon ehtiva edən donmuş torpaqların əriməsi müasir elmin ən böyük suallarından biri olaraq qalır.

Aydın

--> -->