Sənət 20:25 10.04.2021

Tanınmış türk aktrisa vəfat etdi

Tanınmış türkiyəli aktrisa Mehtapp Ar 64 yaşında vəfat edib.

Qaynarinfo "Hürriyet”ə istinadən xəbər verir ki, aktrisa 3 ay əvvəl reanimasiyaya yerləşdirilmişdi. 

2018-ci ildə ağciyər xərçəngi diaqnozu qoyulan Mehtap Ar orqan çatışmazlığından əziyyət çəkib. 

Qeyd edək ki, Mehtap Ar Türkiyənin tanınmış aktrisası Müjdə Arın bacısıdır.