Foto 17:21 18.05.2021

XTQ giziri ilə nişanlanan xanəndədən açıqlama (FOTO)

Bir neçə gün əvvəl nişanlanan xanəndə Nigar Şabanova bu dəfə də şəxsi həyatı ilə gündəmə gəlib.

Qaynarinfo xəbər verir ki, "Elgizlə izlə” proqramına telefonla bağlanan sənətçi nişanlısından və toyundan danışıb:

"Nişanlım hərbçidir. Məni efirdə görüb bəyənib. Daha sonra tanış olduq. Hər şey yaxşıdır. Anam da artıq sağalıb.

O da sevinir mən görə. Hazırda pandemiyanın bitməsini gözləyirik. Bitən kimi toyumuz olacaq.

İndi Moskvadayam. İşlərimlə bağlı buradayam, həm də xalam oğlugilə qonaq gəlmişəm”.

Xatırladaq ki, Nigar Xüsusi Təyinatlı Qüvvələrin giziri ilə nişanlanıb.