Tanzaniyada dəhşətli yol qəzası baş verib.
Qaynarinfo RİA Novosti-yə istinadən xəbər verir ki. Mbeya rayonunda baş vermiş qəzada 20 nəfər ölüb, 45 nəfər yaralanıb.
Yüksək sürətlə hərəkət edən yük avtomobili əvvəlcə arxadan mikroavtobuslardan birinə çırpılıb, sonra daha iki mikroavtobusu vurub. Nəticədə mikroavtobuslar aşıb. Yük avtomobili də idarəetməni itirib və kanala düşüb.
Regional polisin rəisi Musa Taib bildirib ki, yolun qəzanın baş verdiyi hissəsi ensiz və nahamardır. Onun sözlərinə görə, qəzanı törədən yük avtomobilinin sürücüsü hadisə yerindən qaçıb.
Şərhlər