Foto 19:09 20.12.2017

Tarixə damğa vurmuş qadağan olunmuş məhəbbət (FOTO/VİDEO)

Dünya şöhrətli "Beatles" qrupunun üzvü Corc Harrison, həyat yoldaşı Petti Boyd və digər məşhur müğənni Erik Klepton arasında qeyri-ənənəvi münasibət bir zamanlar medianı uzun müddət məşğul edən məsələlərdən olub.

Qaynarinfo xəbər verir ki, "Beatles" qrupunun 1964-cü ildə çəkilmiş "A Hard Day's Night" filmində çıxış edən model Petti Boyd Corc Harrisondan avtoqraf almaq üçün yaxınlaşır və ikili arasında sevgi münasibəti başlayır. O zaman fotoqraf Erik Sveyn ilə nişanlı olan Boydun qadağan olunmuş sevgisindən medianın xəbəri olur və o nişanlısından ayrılır. 
 
1966-cı ildə evlənən Boyd və Harrisonun münasibəti 1977-ci ilə qədər davam edir.
  
Daha sonra isə Erik Klepton ilə işləməyə başlayan Corc Harrisonun həyat yoldaşı və Klepton arasında sevgi münasibəti başlayır. Klepton hətta Nizami Gəncəvinin "Leyla ilə Məcnun" əsərindən təsirlənərək Pettiyə məşhur "Layla" mahnısını yazır. Harrisona onun həyat yoldaşına sevgisini etiraf edən Klepton gözlənilməz cavab alır: "Onu ala bilərsən, mən də sənin sevgilini götürəcəyəm". Beləliklə ikilinin ailə həyatı yekunlaşır. 1979-cu ildə evlənən Petti və Kleptonun ailə həyatı isə 9 il davam edir. 

 
Qeyd edək ki, Kləptonun "Layla" mahnısı "Grammy" mükafatına layiq görülüb. 

Gülşən