Tatarıstanda döyüş xoruzları yetişdirən azərbaycanlı (VİDEO)

Tatarıstanda döyüş xoruzları yetişdirən azərbaycanlı (VİDEO)

Tatarıstanda Buqulma rayon sakini Ramiz Ələsgərov döyüş üçün xoruz yetişdirir.

Qayanrinfo virtualaz.org-a istinadən xəbər verir ki, o, 60 ədəd xoruz və cücələri istixana yerdə bəsləyir.

Məlumata görə, R. Ələsgərov əslən Azərbaycanlıdır. 1995-ci ildə Tatarıstana köçüb, orada həyat yoldaşı ilə tanış olub və uzun illərdir həmin ölkədə yaşayır.

Qeyd olunur ki, Tatarıstanda yetişdirilən döyüş xoruzlarının ilk nəsli 2020-ci ilin yay fəslinə qədər böyüyəcək. Ələsgərov onlardan bir hissəsini istəyənlərə paylamaq və digər quşlar arasında döyüşlər keçirmək istədiyini bildirib.

XƏBƏRLƏR
BLOGLAR