Xəbər lenti

Tatlısəsi azərbaycanlı həkim sağaltdı
Maqazin 12:45 18.11.2018

Tatlısəsi azərbaycanlı həkim sağaltdı

Azərbaycanlı loqoped Esmria Kazımova Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlısəsi sağaldıb.

Qaynarinfo qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Tatlısəs özü sosial şəbəkədə yazıb:

"Son zamanlar danışanda insanlara dediklərimi 2 dəfə təkrar etmək məcburiyyətində qalırdım. Hər şeyin çarəsi var deyib, bu xırda problemi loqopedlə həll etməyə qərar evrdim. Allah yenə mənə kömək etdi və Esmira Kazımovanı qarşıma çıxardı. 1 ayda problemi həll etdik. Loqopedimə çox təşəkkür edirəm”.

Xatırladaq ki, İbrahim Tatlısəs 14 mart 2011-ci ildə İstanbulda silahlı hücuma məruz qalıb. Başından güllə yarası alan müğənni iflic olmuş və nitqində problemlər yaranmışdı.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->