Taxta bazarındakı yanğınla əlaqədar xəstəxanaya aparılanlar evə buraxılıb

Taxta bazarındakı yanğınla əlaqədar xəstəxanaya aparılanlar evə buraxılıb

Dünən "Taxta bazarı" kimi tanınan ərazidə baş verən yanğınla əlaqədar Kliniki Tibbi Mərkəzə (KTM) çatdırılan Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları artıq xəstəxanadan buraxılıb.

Səhiyyə Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, Hal hazırda baş verən hadisə ilə bağlı xəstəxanalara müraciət yoxdur.

Qeyd edək ki, avqustun 22-də "Baksol” yolu yaxınlığında tikinti materialları bazarında baş verən yanğın olub. Yanğının söndürülməsi üçün əraziyə FHN-in müvafiq qüvvələri cəlb olunub.

Tikinti materialları bazarında baş verən yanğında bir neçə nəfər xəsarət alaraq, xəstəxanaya çatdırılıblar.

Baş vermiş yanğın FHN-in müvafiq qüvvələri tərəfindən söndürülüb.
XƏBƏRLƏR
BLOGLAR