Xəbər lenti

Tbilisidə hökumətin istefası tələb olunur (FOTOLAR)
Foto 18:37 10.06.2018

Tbilisidə hökumətin istefası tələb olunur (FOTOLAR)

İyunun 10-da Gürcüstan parlamentinin qarşısında yenidən mitinq keçirilməyə başlanıb.

Qaynarinfo report-a istinadən xəbər verir ki, mitinq "Öldürmə" devizi altında keçirilən aksiyada əsasən hökumətin istefası tələb olunur.

Övladı keçən il dekabrın 1-də Tbilisinin Xorava küçəsində qətlə yetirilmiş Zaza Salavidze bildirib ki, Baş nazir Georgi Kvirikaşvili ilə keçirdiyi görüşdə hökumət başçısı cinayət işinin yenidən araşdırılacağını bildirmişdi. Lakin görüşdən on gün keçməsinə baxmayaraq əsas günahkarlardan heç kim məsuliyyətə cəlb olunmayıb: "Ona görə də hesab edirik ki, bütün olanlardan indiki hakimiyyət günahkardir və istefaya getməlidir".

Aksiyaya müxalifətdə olan siyasi partiyaların nümayəndələri də qoşulublar.

Hazırda parlamentin önündə 5 mindən çox insan toplaşıb. Rustaveli prospekti bağlanıb. Lakin axşama doğru onların sayının bir neçə.min nəfər artacağı söylənilir.
 
Tbilisidə keçirilən etiraz aksiyasına Gürcüstanın regionlarından da insanlar dəstək verirlər.

Mitinqdə iştirak etmək üçün Qori və Rustavi şəhərlərindən, azərbaycanlıların yığcam yaşadıqları Marneuli, Bolnisi, Qardabani, Tsalka, Kaspi rayonlarından da xeyli adam gəlib.

Mitinqdə Gürcüstanın "Vahid Milli Hərəkat", "Demokratik Gürcüstan", "Avropa Gürcüstanı" və digər siyasi partiyaların nümayəndələri də qatılıblar.

Məlumat üçün qeyd edək ki, 2017-ci il dekabrın 1-də Tbilisinin Vake yaşayış massivində, Xorava küçəsində 51 saylı məktəbin iki 16 yaşlı şagirdi münaqişə nəticəsində bıçaqla qətlə yetiriliblər. Prokurorluq araşdırma zamanı əsl gunahkarların məsuliyyətdən yayınmasına imkan yaratdığı üçün valideylər və onların tərəfdarları aksiyalara başlayıblar.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->