"Tbilisidə yerləşən Heydər Əliyev adına teatrla bağlı bəzi addımlar atmaq istəyimiz var”.
"Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani deyib.
Onun sözlərinə görə, hər iki ölkə arasında yeni layihələr nəzərdə tutulub: "Siyasi iradə var. Yeni layihələr həyata keçiriləcək, yeni hədəflər qarşıya qoyulacaq və nəzərəçarpacaq nəticələr əldə olunacaq”.
Qeyd edək ki, Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının yerləşdiyi bina uzun illərdir yararsız və qəzalı vəziyyətdədir.
Şərhlər