Ölkə 14:18 02.12.2020

TƏBİB evdə müalicə olunan koronaviruslu xəstələrə xəbərdarlıq etdi

"Koronavirusa yoluxan şəxslərin 81 fazidən çoxu xəstəliyi yüngül siptomlarla keçirir”.

Qaynarinfo xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, belə xəstələrin ev şəratində müalicəsi mümükündür: "Lakin bəzi şəxslər xəstəxanalara axın edir. Bəzi hallarda isə tətbiq etdiyimiz müalicə protokolunlarından kənar əlavə müalicələr qəbul edirlər, təhlükəli dərman vasitələrindən, həkim nəzarəti olmadan antibiotik tərkibli dərmanlardan istifadə edirlər. Bunların həyati təhlükəsi var”.

O bildirib ki, ürək damar xəstəlikləri olanlarda, şəkərli diabet, xərçəng xəstələrində ağırlaşma daha çox müşahidə olunur: "Bəziləri isə bizim təyin etmədiyimiz müalicələrə yönəlirlər. Son günlər əhali arasında sistem vurulması halları da çoxalıb. Xəstəliyin sonrakı günlərində bu insanlar daha da ağırlaşmış halda xəstəxanalara müraciət edirlər. Vətəndaşları təşvişə düşməməyə çağırırıq. Testin nəticəsi pozitiv olan bəzi şəxslər isə yaşadığı yerləri tərk edirlər. Bu da onların özlü və ətrafdakılar üçün təhlükə yaradır. Bu şəxsləri karantin qaydaların ciddi şəkildə riayət etməyə çağrırıq”.

N.Mustafayev bildirib ki, test nəticəsi pozitiv çıxmış şəxslər yaşayış yerini tərk etməklə yaxınlarına və digər vətəndaşlara ciddi təhlükə yaradırlar: "Fürstədən istifadə edib, onları diqqətli olmağa, həssas yanaşmağa və karantin qaydalarına əməl etməyə çağırıram”.