Ölkə 14:29 25.11.2020

TƏBİB-in sözçüsü koronavirusa yoluxdu

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) ictimaiyyətlə əlaqələr və PR-marketinq şöbəsinin məsləhətçisi Elnarə Baxış koronavirusa yoluxub.

Qaynarinfo xəbər verir ki, bu barədə E.Baxış özü məlumat verib.

O bildirib ki, noyabrın 21-də virusun əlamətlərini hiss edib və COVID-19-a görə verdiyi test nəticəsi pozitiv çıxıb.