Ölkə 15:43 31.07.2020

TƏBİB: “Koronavirus testlərinin qiymətlərinə qarışmırıq”

"Bu günə kimi dövlət tərəfindən Azərbaycanda aparılan koronavirus testləri pulsuz olub”.

Qaynarinfo xəbər verir ki, bunu mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

Onun sözlərinə görə, TƏBİB özəl müəssisələrin COVID-19 testlərinin aparılması ilə bağlı təyin etdiyi qiymətlərə müdaxilə etmir. Çünki bu məsələ onların müəssisədaxili qəbul etdiyi qərardır.