Ölkə 11:32 15.08.2020

TƏBİB: Peyvəndin ölkəyə gətirilməsi üçün müzakirələr gedir

"Bu gün üçün əsas payız ayında müşahidə olunacaq qrip əleyhinə peyvəndlərin hazırlanması istiqamətində işlər gedir".

"Report" xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, koronavirus əleyhinə ən zərərsiz peyvəndin hazırlanması istiqamətində işlər görülür: "Ən tez zamanda təsdiq olunmuş peyvəndin ölkəyə gətirilməsi üçün müzakirələr gedir".