Ölkə 11:36 16.07.2020

Təbrizdə Azərbaycana dəstək aksiyası keçiriləcək

Bu gün və sonrakı günlərdə İranın paytaxtı Tehranda və müxtəlif şəhərlərdə, o cümlədən Təbriz, Ərdəbil, Urmiya, Zəncanda Azərbaycana dəstək mitinq və yürüşləri keçiriləcək.

Qaynarinfo xəbər verir ki, aksiyada Ermənistanın işğalçı siyasəti qınanılacaq. Habelə Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun və Ermənistan səfirliyinin qarşısında Azərbaycana dəstək aksiyası keçiriləcək.
 
"İşğalçı Ermənistan ordusu Azərbaycan xalqına və torpaqlarına hücum etməyə davam edərsə, Azərbaycanı dəstəkləyəcək mitinqlər Cənubi Azərbaycanda və İranda türklərin yaşadığı bütün bölgələrdə, xüsusən də Şimali Azərbaycan sərhəd bölgələrində təşkil ediləcək. Ümumi səfərbərlik elan ediləcək və işğal altındakı bütün bölgələr azad edilənə qədər müharibəyə qatılacağıq", - deyə cənubi azərbaycanlı fəallar bildiriblər.

Xatırladaq ki, İran rəsmiləri iyulun 12-də Ermənistanın Azərbaycanın dövlət sərhədində törətdiyi təxribatı pisləyib, Azərbaycanın ərazi bütövlüyünü müdafiə ediblər.