Video 21:00 17.03.2019

Təbrizə sulu qar yağdı: küçələr su altında (VİDEO)

Güney Azərbaycanın Təbriz şəhərinə yağan qar və yağış burada hərəkəti çətinləşdirib.

Axar.az xəbər verir ki, günorta saatlarından başlayan qar sulu qara, sonra yağışa çevrilib.

Yağışdan sonra küçələri, avtomobil keçidlərini su basıb. Bu durum nəqliyyat və əhaliyə bir sıra problemlər yaradıb.