Tehranın Ermənistandakı qaranlıq planı: İranlı sürücülər ermənilərə görə canlarını təhlükəyə atır (VİDEO)

Tehranın Ermənistandakı qaranlıq planı: İranlı sürücülər ermənilərə görə canlarını təhlükəyə atır (VİDEO)

Ermənistana şübhəli və naməlum mallar daşıyan İrana məxsus yük maşınları alternativ Tatev-Qafan yolu ilə hərəkət etməyə başlayıb.

Sosial şəbəkələrdə əksini tapan görüntülərdə İrandan gələn TIR-ların Gorus-Qafan yolunun Azərbaycan ərazisinə düşən hissəsindən yan keçməklə Ermənistana yük daşımağa davam etdiyi əks olunub.

"Azad İran” "Telegram” kanalının verdiyi xəbərə görə, İranın yük maşınları sözügedən yolda ciddi problem və təhlükələrlə üzləşir. Buna baxmayaraq, tankerlər və iri yük maşınları ilə mütəmadi olaraq daşınmalar həyata keçirilir.

İranlı sürücülərin ermənilərə görə bu cür canfəşanlıq etməsinin, hətta bir qədər dəqiq desək, həyatlarını təhlükəyə atmalarının arxasında qaranlıq və gizli məqamların dayanması şübhə doğurmur. Bəlkə də iranlı sürücülər daşıdıqları yükün ifşa olunmasından ehtiyat edirlər. Hər halda Gorus-Qafan yolunun Azərbaycanın nəzarətindəki hissəsindən keçərkən yoxlanacaqlarını bilən yük maşınlarının sürücüləri ciddi risk daşıyan yola qədəm qoymaqla nədənsə ehtiyat etdiklərini açıq-aşkar ortaya qoyurlar.

Bütün bu faktlar Ermənistana gizli yollarla daşınan həmin o naməlum yüklərin sonradan Ermənistandan Qarabağa aparıldığını deməyə əsas verir. Bununla İran həm qaranlıq və təxribat xarakterli əməllərinə davam edir, həm də özünün kirli addımlarını maksimum şəkildə gizlətməyə cəhd göstərir.
XƏBƏRLƏR
BLOGLAR
X