Xəbər lenti

Təhsil haqqını ödəyə bilməyən tələbələr 700 manat cərimə olundu (FOTO)
Ölkə 10:06 02.06.2020

Təhsil haqqını ödəyə bilməyən tələbələr 700 manat cərimə olundu (FOTO)

"Azərbaycanda təhsil haqqını ödəmə bilməyən tələbələr 700 manat cərimələnib”.

Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu deyib. Onun sözlərinə görə, təhsil haqqını ödəmək imkanı olmadığından şikayət edən 5 tələbə bütövlükdə 700 manat cərimə olunub:

"Bundan əlavə tələbələrdən biri Rüstəm İsmayılbəyli də 15 sutka inzibati həbs cəzası alıb. Rüstəm İsmayılbəylinin adı ilk dəfə hazırda İsveçrədə xərçəng xəstəliyindən müalicə alan Mehman Hüseynov həbsdə olarkən ona dəstək verilməsi üçün keçirilmiş aksiya ilə bağlı hallanmışdı. Bu dəfə də etirazçı digər tələbələrlə birlikdə Təhsil Nazirliyində qəbul edilib və dinlənilib".


Rüstəm İsmayılbəyli

Qubad İbadoğlu deyib ki, pandemiya dövründə dərslərin onlayn keçirilməsi və keyfiyyətinin aşağı düşməsi yalnız Azərbaycanda deyil, ABŞ-da da tələbələri narazı salıb:

"Hazırda mənim çalışdığım Rutgers Universitetində də tələbələr təhsil haqlarının azaldılmasını tələb ediblər. Onların şikayəti buna əsaslanır ki, hər zaman onlayn və auditoriyada canlı dərs götürməyin qiyməti fərqli olub, odur ki, universitet təhsil haqlarında tələbələrə güzəşt etməlidirlər. Əks təqdirdə əgər onlayn dərslər davam edəcəksə, o halda tələbələrin bəziləri akademik məzuniyyət götürməyi planlaşdırır. Yaxın vaxtlarda ABŞ universitetləri tələbələri narahat edən bu və digər məsələlərə dair yekun qərar verəcəklər”.

Qubad İbadoğlu bildirib ki, Azərbaycan Təhsil Nazirliyi də tələbələrin müraciətinə baxıb münasibət bildirməli, 15 sutka inzibati həbs cəzası kəsilmiş Rüstəm İsmayılbəyli dərhal həbsdən azad edilməlidir:

"Onun və digər tələbələrin təhsil haqqının ödənilməsi məsələsinə universitetlərə pandemiya ilə əlaqədar ayrılmış 40 milyon manatlıq maliyyə yardımı çərçivəsində baxılmalı və onların problemləri həll edilməlidir. Nəhayət, tələbələrin 700 manatlıq cəriməsinin ödənilməsi üçün ictimai kampaniya başlamalıdır”.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->