Ölkə 23:34 24.11.2021

Təhsil naziri Putinin nümayəndəsi ilə görüşdü (FOTO)

Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev Rusiya Federasiyası Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi səfir Mixail Şvıdkoyla görüşüb.

Bu barədə E.Əmrullayev özünün "Twitter” səhifəsində məlumat yayıb.

"Bu gün Rusiya Federasiyası Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi səfir Mixail Şvıdkoy ilə görüş keçirdik. Görüş zamanı Azərbaycan və Rusiya arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edildi”, - deyə nazir qeyd edib.