Təhsil Nazirliyi kənd təsərrüfatı sahəsi üzrə ixtisaslaşmış ilk peşə-ixtisas təhsili müəssisələrinin maddi-texniki və tədris bazasının müasir tələblərə uyğunlaşdırılması məqsədilə yeni texnika, avadanlıq, əyani və texniki vasitələrin alınması prosesinə start verib.
Qaynar.info Nazirliyin saytına istinadən xəbər verir ki, İsmayıllı Peşə Tədris Mərkəzi, Balakən 1 nömrəli Peşə Məktəbi, Cəlilabad Peşə Liseyi, Bərdə Peşə Liseyi, Quba Peşə Liseyi, Şamaxı Peşə Liseyi, Göyçay Peşə Liseyi üçün 6 traktor, 4 otbağlayan, 7 traktor qoşqusu, 5 kotan, 6 toxumsəpən, 3 otbiçən, 3 taxıl və qarğıdalı yığan kombayn, 3 dərman çiləyici, 2 gübrəsəpən, 1 yemüyüdən texnika alınıb.
Ölkə iqtisadiyyatının prioritet sahələrindən birinə çevrilmiş kənd təsərrüfatı sektorunun yüksək ixtisaslı kadrlarla təmin edilməsi mühüm əhəmiyyət kəsb edir. Kənd təsərrüfatının inkişaf hədəfləri bu sahədə əyani və texniki vasitələrlə təlim keçmiş, zəruri peşə vərdişlərinə, bilik və bacarıqlara yiyələnmiş ilk-peşə ixtisas təhsilli mütəxəsisslərə tələbatı artırır. Həmçinin, ilk peşə-ixtisas təhsili müəssisələri onlara veriləcək müasir texnika və avadanlıqlardan qanunvericiliyə uyğun istifadə etməklə əlavə maddi gəlir əldə edə bilərlər.
Qaynar.info
Şərhlər