Ekonomiks 18:56 09.03.2018

Təhsil Nazirliyinə 5 milyon 56 min manat ayrıldı

Prezident İlham Əliyev Qax, Qəbələ, Oğuz və Şəki rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb. 

Qaynarinfo xəbər verir ki, sərəncamla  Qax, Qəbələ, Oğuz və Şəki rayonlarında cəmi 956 şagird yerlik modul tipli 15 məktəbin (siyahı əlavə olunur) quraşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 5 056 000 manatı Təhsil Nazirliyinə ayrılsın.

Qax, Qəbələ, Oğuz və Şəki rayonlarında quraşdırılması nəzərdə tutulan modul tipli məktəblərin siyahısı
 

Sıra№-si

Təhsil müəssisələrinin adları

Ayrılan vəsait

1

Oğuz rayonu Baş Daşağıl kənd 96 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması

425 000

2

Oğuz rayonu Mollalı kənd 96 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması

425 000

3

Oğuz rayonu Xaçmazqışlaq kənd 96 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması

425 000

4

Şəki rayonu Aşağı Daşağıl kənd 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

425 000

5

Şəki rayonu Daşbulaq kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

390 000

6

Şəki rayonu Öyrət kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

315 000

7

Şəki rayonu Yeni Göynük kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

285 000

8

Şəki rayonu Çapağan kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

285 000

9

Qəbələ rayonu Qaradeyn kənd 80 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması

390 000

10

Qəbələ rayonu Şəfli kənd 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması

230 000

11

Qəbələ rayonu Laza kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

390 000

12

Qəbələ rayonu Zərgərli kənd 56 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması

216 000

13

Qax rayonu Çinarlı kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

285 000

14

Qax rayonu Fıstıqlı kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

285 000

15

Qax rayonu Aşağı Malax kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

285 000

Cəmi

5 056 000