Xəbər lenti

Ekonomiks 10:00 31.07.2021

Təkcə kənd təsərrüfatına 87 milyard ziyan vurulub...

"Qarabağın işğalı nəticəsində yalnız kənd təsərrüfatına dəyən toplam zərər 87.06 milyard dollardır”.

Qaynarinfo xəbər verir ki, bu müstəqil işçi qrupunun ilkin hesablamaları nətivəsində ortaya çıxıb. İşçi qrupu ABŞ-da, Almaniyada, Fransada, Gürcüstanda və Azərbaycanda fəaliyyət göstərən müstəqil mütəxəssislərdən təşkil olunub. Qrup 2020-ci ilin dekabrında yaradılıb. İşçi qrupu kənd təsərrüfatı ilə yanaşı, əmlaka və mədən sektoruna dəymiş ziyanın hesablanması üzərində də iş aparır. 

İqtisadçı ekspert Qubad İbadoğlu bildirib ki, Qarabağın Ermənistan tərəfindən işğali nəticəsində kənd təsərrüfatına dəymiş zərərin qiymətləndirilməsi İşçi Qrupu olaraq ilkin hesablamalar bu günlərdə başa çatdırılıb:

İşçi qrupu sintetik kontrol metodundan (Abedie, 2021) istifadə edərək, işğal altında olmuş rayonların hər birinə bənzər, işğaldan zərər görməmiş rayon seçilrərək, onların tutuşdurulması və uyğunlaşdırılması əsasında itirilmiş dəyərin müqayisəli hesablamasını aparılıb. 

Rayonların seçilməsi, işğaldan zərər görmüş rayonla işğaldan zərər görməmiş rayonun işğaldan öncəki dövrünə (1985-1990) aid olan kənd təsərrüfatının müxtəlif sahələrini əks etdirən statistik göstəricilər bazasında həyata keçirilib. Bu zaman sektorlar üzrə istehsal həcmi, məhsuldarlıq göstəriciləri bənzərlik meyarı kimi seçilib. Ən uyğun oxşar rayonlar müəyyənləşdirilməklə, ekspertlər son 27 ildə işğalda qalan hər bir rayona dəymiş zərərin məbləğini seçilmiş rayonların orta statistik göstəricilərinə (istehsal həcminə) əsasən hesablayıb. Bu zaman qiymətlər 1990-ci il baza ili götürülərək indeksləndirilib.

Ekspert qiymətləndirilməsinə görə, yalnız kənd təsərrüfatına dəyən toplam zərər 87.06 milyard dollar olub. 

Yaxın günlərdə təfsilatlı təqdimatımız olacaq, 27 il işğal altında qalmış hər bir rayonda ümumi və sektorlar üzrə kənd təsərrüfatına dəymiş zərərin məbləğləri açıqlanacaq”. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->