Ötən il Azərbaycanda neçə koronavirus xəstəsinə cinayət işi açılıb? (RƏSMİ)

Ötən il Azərbaycanda neçə koronavirus xəstəsinə cinayət işi açılıb? (RƏSMİ)

Ötən il ölkə üzrə daxili işlər orqanları əməkdaşları tərəfindən saxlanılan aktiv COVID-19 xəstələrinin sayı açıqlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Qaynarinfo-ya bildirilib ki, 2020-ci ildə karantin rejimini pozamaqla xəstəliklərin yayılması üçün real təhlükə yaratmaları faktlarına görə 689 aktiv COVID-19 xəstəsi saxlanılıb.

Bildirilib ki, ictimai yerlərdə hərəkət edən aktiv COVID-19 xəstələri ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə 674 cinayət işi başlanılıb.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR