Ötən il 131 qeyri-hökumət təşkilatının maliyyə hesabatında nöqsanlar aşkar edilib.
Qaynarinfo report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarna Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev deyib. Onun sözlərinə görə, QHT-lərə Dövlət Dsətəyi Şurası bu il sonuncu dəfə həmin təşkilatlarına güzəşt edib:
"Ötən il 500-dən artıq QHT-nin layihələri dəstəklənib. Bu layihələrdən təxminən 80 min Azərbaycan vətəndaşı yararlanıb. 400-ə qədər çap məhsulu hazırlanıb. 100-ə qədər film, video çarx hazırlanıb”.
Şura sədri QHT-lərə ayrılan vəsaitlərin azlığından da danışıb:
"Ölkədə təxminən 4 min QHT var. QHT-lər üçün ayrılan fond isə ümumilikdə 5 mln. manatdır. Bunu sadə riyazi hesblama ilə hesalasaq hər bir QHT-yə 1000 manat civarında vəsait düşür. Mən bunu Milli Məclisdə də qaldırmışam. Hesab edirəm ki, bu məsələyə növbəti ildən yenidən baxılmalıdır”.
Şərhlər