“Tender canavarı” bu dəfə 138 min manatlıq təkər satacaq (FOTO)

“Tender canavarı” bu dəfə 138 min manatlıq təkər satacaq (FOTO)

Xəzər rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi aprelin 19-da ehtiyat hissələrinin satınalınması müsabiqəsinə yekun vurub.

Qaynarinfo xəbər verir ki, tenderin qalibi son bir ildə icra hakimiyyətlərinin keçirdiyi satınalmaları ən çox qazanan şirkətlərdən biri olan "Stone Construction” QSC olub.
 
 

Tenderin məbləği 137 min 971 manat 50 qəpik təşkil edib. Şərtlərə görə, 14 ədəd "Kamaz" təkəri (508x280), 80 ədəd "Ford" təkəri (508x280) 14 ədəd "Volvo" təkəri (508x280), 7 ədəd akkumlyator CT-225, 5 ədəd akkumlyator CT-190, 5 ədəd akkumlyator CT-110 tədürük olunacaq. 

"Stone Construction” QSC 2019-cu ilin yanvar ayının 22-nə kimi Məhdud Məsuliyyətli Cəmiyyət formasında fəaliyyət göstərib. 07.07.2008-ci il tarixində yaradılan şirkətin nizamnamə kapitalı 2010 manatdır. Şirkətin hüquqi ünvanı kimi Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti, ev 29, qanuni təmsilçisi Elman Hacızadə Xalid oğludur. 

Araşdırmalar zamanı məlum oldu ki, sözügedən şirkət QSC-yə çevrildikdən indiyə kimi dövlət qurumlarının keçirdiyi və ümumi məbləği 4 milyon 287 min 653 manat olan 17 tenderin qalibi olub. Şirkətin qalib gəldiyi tenderlərin 8-ni paytaxtın icra hakimiyyətləri, beşini isə Mədəniyyət Nazirliyinin tabeli qurumları keçirib. Qalib gəldiyi tenderlərə nəzər salsaq görərik ki, şirkət çox profillidir: idman malları, tikinti materialları, maşın ehtiyat hissələri, təbliğat-təşqiqat işləri, subsidiyyaların verilməsinin təşkili, dəftərxana və təsərrüfat mallarının satışı və s. 

Şirkətlə bağlı başqa bir ilginc məqam onun hüquqi ünvanı ilə bağlıdır. Şirkətlə bağlı mediada dərc olunan yazılarda deyilir ki, "Stone Construction” MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Ceyhun Hacıbəyli, 2v 2, m.17-də olub. Həmin ünvanda "NT Engineering” MMC–də qeydiyyata alınıb...

 "Stone Construction” QSC-nin hazırda 67 min 585 manat 48 qəpik vergi borcu var. Satınalmalar haqqında mövcud qanunvericilik vergi borcu olan şirkətlərin müsabiqələrdə iştirak etməsini qadağan edir.  
 
 

"Tender canavar”larından birinə cevrilən şirkət və qanuni təmsilçisi ilə bağlı internet resurslarında hər hansı bir məlumat yoxdur. Amma mediada yayılan məlumatlara görə, şirkət Bakı Şəhər İcra Hakimiyyətində kök salmış tender "mafiya”sına məxsusdur…

Orxan Əhmədli
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR