Ekspert: “Təqaüdün belə az olduğu halda bu islahatın aparılması mümkün deyil”

Ekspert: “Təqaüdün belə az olduğu halda bu islahatın aparılması mümkün deyil”

"65 yaşı tamam olan və işdən çıxarılacaq müəllimlərin səhhəti işləməyə imkan verirsə, onlarla növbəti bir il üçün əmək müqaviləsi artırılmalıdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov 65 yaşı olan müəllimin tədris ilinin ortasında işinə xitam verilməsindən danışarkən deyib. O, qeyd edib ki, Əmək Məcəlləsinə və "Dövlət qulluğu haqqında” qanuna edilən dəyişikliyə əsasən dövlət qulluğunda yuxarı yaş həddinə uyğun olaraq 65 yaşa çatmış işçilərlə bağlanmış müqaviləyə xitam verilməlidir:

"Ümumiyyətlə, 65 yaşı olan və təhsil sektorunda çalışan insanların işdən azad olunmasının tərəfdarı deyiləm. Eyni zamanda bu qərarla bağlı bir məsələyə diqqət yetirmək lazımdır. Söhbət ondan gedir ki, qəbul edilmiş qərar 65 yaşı olan insanların hamısını işdən azad etmək funksiyasını icra etmir. Yeni qəbul olunmuş qaydalara görə, bu, 65 yaşı tamam olan insanların  hamısına aid edilə bilməz. Yeni qaydada 65 yaşı tamam olan insanlar işləyə bilərlər, amma bu şərtlə ki, müvafiq icra hakimiyyəti onların işləməsi ilə bağlı hər il qərar çıxartsın”.

Bununla belə, Kamran Əsədov bildirib ki, 65 yaşı tamam olmuş insanların yerli icra hakimiyyəti orqanlarından istər təhsil işçilərinin, istərsə də qeyri yerlərdə işləyənlər üçün icazə almasının tərafdarı deyil: 

"Çünki bu, korrupsiyaya imkan yaradır. Digər tərəfdən 65 yaşında işçilərin işdən azad edilməsi o vaxt sosial baxımdan ədalətli ola bilər ki, Azərbaycanda yaşlı insanlara verilən təqaüd məbləğləri yüksək olsun. Yəni, bu o deməkdir ki, orta aylıq təqaüd alan şəxs minimal istehlak xərclərini ödəyə bilmir.
 
Təqaüdün aşağı olduğu bir halda işçinin yaxud da yaşlı bir vətəndaşın ayrı iş sektorlarında işləməsi praktiki olaraq mümkün deyil. Mən güman edirəm ki, bu təşəbbüsə, bu islahata o zaman getmək olar ki, Azərbaycanda orta təqaüd insanların birmənalı şəkildə ən azı minimum xərclərini ödəməyə imkan versin. Nə qədər ki, təqaüd xərcləri minimum xərcləri ödəməyə imkan vermir, o qədər də bu islahatın sosial baxımdan aparılması mümkün deyil”.

Bahar Rüstəmli
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR